Tibb bacısının ağzı “skoç”la bağlandığı üçün ölübmüş...

20/08/2024 - 05:49

Astarada 77 yaşlı tibb bacısı Məmmədova Zeynəb Əziz qızını qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb “Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu 13 il, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu 18 il 6 ay və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Cinayət hadisəsi isə ötən ilin noyabrın 10-da baş verib. Belə ki, cinayətkar qrup üzvləri Astara rayonu Kakalos kənd sakini Zeynəb Məmmədovanın evinə basqın ediblər. Onlar yaşlı və ağır ürək xəstəsi olan qadının əl-qolunu, eləcə də, ağız və burnunu yapışqan lentlə bağlayıblar. Cinayətkarlar evdən 475 manat pul, 1338 və 362 manat dəyərində qızıl üzüklər, eləcə də zərərçəkənin qulağında olan dəyəri 466 manat qiymətləndirilən qızıl sırğanı aparıblar. Qruplaşma üzvləri hadisə yerindən uzaqlaşdıqdan sonra, Z.Məmmədovanın tənəffüs yollarının yapışqan lentlə bağlı qalması və ona yetirilən xəsarətlər qadının ölümünə səbəb olub.

Qeyd edək ki, Z.Məmmədova evdə tək yaşayırmış.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42