Tokayev Xarici Kəşfiyyat və Terrorla Mübarizə Xidmətlərinin rəhbərlərini vəzifədən azad edib

16/09/2024 - 09:27

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin Terrorla Mübarizə Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərlərini vəzifədən azad edib. APA xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. “Ruslan Temirqalieviç Seysembayev Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini – Terrorla Mübarizə Xidmətinin rəisi vəzifəsindən, Amerxanov Askar Baimerdenoviç Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini – Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsindən azad edilib”, - deyə məlumatda bildirilir. Məlumatda qərarların səbəbi ilə bağlı məlumat verilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57