Tramp insident zamanı zərər görmədiyini deyib

16/09/2024 - 02:01

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Florida ştatında, yaxınlığında baş verən atışma nəticəsində heç kimin xəsarət almadığını və özünün də yaxşı olduğunu açıqlayıb. APA xəbər verir ki, Tramp açıqlamasında "Mən yaxşıyam və heç kim zərər görmədi" deyə bildirib. Qeyd edək ki, “The New York Post” öz mənbələrinə istinadən ABŞ Məxfi Xidmətinin Trampın olduğu yerdən çox da uzaq olmayan şəxsə silahla atəş açdığını yazıb. Məlumatda bildirilib ki, Məxfi Xidmətin əməkdaşı Florida ştatının Palm Biç şəhərindəki qolf klubunda şübhəli adamı görüb və onun əlində silaha bənzər bir şey olduğunu dəqiqləşdirdikdən sonra atəş açıb. Daha sonra şübhəli yerli polis tərəfindən saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57