Tramp sui-qəsdə uğramayıb? – Bu görüntülər şübhələrə səbəb oldu + FOTOLAR

30/07/2024 - 17:26

 

Məlum olduğu kimi, ABŞ-nin keçmiş prezidenti Donald Tramp 13 iyul tarixində seçiciləri ilə görüş əsnasında silahlı hücuma məruz qalıb. Tramp bu uğursuz sui-qəsd cəhdi zamanı qulağından yaralanıb və bundan sonra keçirdiyi bütün mitinqlər və görüşlər zamanı qulağında böyük ağ sarğı ilə görüntülənib.

“AzPolitika” xəbər verir ki , Tramp sözügedən sui-qəsdin ardından ilk dəfə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüş əsnasında qulağı sarğısız vəziyyətdə kameralar qarşısına keçib.

Burada diqət çəkən məqam ondan ibarətdir ki, həmin görüntülərdə Trampın qulağında hər hansı yara və ya çapıq izinin olmadığı məlum olub. Qeyd edək ki, bu, bəzi sosial şəbəkə istifadəçilərinin keçmiş prezidentin xəsarətlərinin ciddiliyini şübhə altına almasına səbəb olub.

Bu şəkli “X” sosial media platformasında paylaşan bir ABŞ vətəndaşı bunları yazıb:“Trampın qulağındakı güllə yarası izi çox tez sağaldı... Demək olar ki, ona güllə dəyməyib”.

Başqa bir istifadəçi də Trampın bu görüntülərinin onda təəccüb doğurduğunu bildirib və paylaşımında bu ifadələrə yer verib:“Ronni Cekson güllənin Trampın qulağının 2 sm-lik hissəini qopardığını iddia etməmişdimi? Elə is tikiş və çapıq izlərə haradadır?”.

“AzPolitika.info”

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10