Tərtərdə faciəvi hadisə - ÖLƏN VAR

14/08/2024 - 14:46

Tərtər rayonunda faciəvi hadisə baş verib. Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Hacıqərvənd kəndində kombaynçı texnikanın altında qalaraq ölüb. 1969 təvəllüdlü İlqar Mirzəyev kombaynın ön hissəsində olarkən taxıl toplayan qurğu onun üstünə düşüb. İ. Mirzəyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ