TÜRKİYƏ-NAXÇIVAN SƏRHƏDİ AÇILDI - Avtomobillər ayda 2 dəfə sərhədi keçə biləcək...

01/02/2023 - 16:08

Türkiyə-Naxçıvan sərhədi açılıb.

APA-nın əldə etdiyi xəbərə görə, bu gündən etibarən “Dilucu” buraxılış məntəqəsi açılıb.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğu faktı APA-ya təsdiqləyib.

Konsulluğun nümayəndəsi Dursun Gül bildirib ki, Naxçıvan qeydiyyatında olan şəxslər ayda 2 dəfə olmaqla öz avtomobilləri ilə gömrüyü keçə bilərlər.