Türkiyədən GÖKBEY həmləsi: 10 milyard dollarlıq satış ola bilər

31/07/2024 - 17:52

Türkiyənin “Posta” qəzetinin yazarı Hakan Çelik Türkiyənin aviasiya sektorunda əhəmiyyətli bir varlığa malik olduğunu bildirib. Publika.az xəbər verir ki, o, “Farnborough Airshow”-da Türk Aerokosmik Sənayesinin (TAI) böyük diqqət çəkdiyini qeyd edib. "TAI-nin baş direktoru vəzifəsinə təyin edilmiş Mehmet Dəmiroğlu deyib ki, “10 milyard dollarlıq helikopter sata bilərik”. Böyük Britaniyanın paytaxtı London yaxınlığındakı “Farnborough International Airshow”-da Dəmiroğlu ilə təkbətək görüşdüm. “Farnborough” iki ildən bir keçirilir. Bu il Türkiyə Türk Hava Yolları və ASELSAN da daxil olmaqla 15 türk şirkətinin iştirakı ilə əhəmiyyətli bir varlıq nümayiş etdirdi. TAI-nin yerli və milli resurslarla hazırladığı çoxməqsədli vertolyot GÖKBEY ilk beynəlxalq uçuşunu burada etdi. Beynəlxalq heyət GÖKBEY-i yaxından araşdırdı və mümkün satınalma qərarları üçün müzakirələr apardı”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26
Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35