“Ukrayna orduya ayda 30 min nəfər cəlb edir” – “Сəbhə xəttində yeni qüvvələr görünməyə başlayacaq”

31/07/2024 - 14:33

Ukraynada yeni səfərbərlik qanunu qəbul ediləndən sonra orduya cəlb edilənlərin sayı dəfələrlə artıb. Artıq Ukrayna ayda 30 minə qədər adamı orduya səfərbər edir.

“AzPolitika” xəbər verir ki, bunu “The New York Times” nəşri Ukrayna ordusundakı mənbələrə və adını çəkmədiyi hərbi mütəxəssislərə istinadla yazır: "Ukrayna hakimiyyəti bu məlumatın məxfi olduğunu əsas gətirərək çağırışla bağlı rəqəmləri bölüşməkdən imtina edir. Bu rəqəmlərlə tanış olan üç hərbi ekspert bildirib ki, may ayından, səfərbərlik haqqında yeni qanun qüvvəyə minəndən sonra Kiyev orduya ayda 30 minə qədər adam çağırır. Bu, ötən qış ayları ilə müqayisədə iki-üç dəfə çoxdur və təqribən Rusiya ordusunun hər ay hərbi xidmətə çağırdığı qədərdir. Bu rəqəmi müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb”.

Qəzet onu da yazır ki, mütəxəssislərin dediyinə görə, səfərbərlik hələ ki, döyüş meydanında Ukrayna qüvvələrinin güclənməsinə səbəb olmayıb. Çünki onların böyük hissəsi hələ təlim keçir. Lakin yaxın aylarda, hətta həftələrdə cəbhə xəttində yeni qüvvələr, eləcə də yeni texnika görünməyə başlayacaq və Rusiya həmin vaxta qədər mümkün qədər irəliləməyə çalışır.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ