Venesuelada neft emalı zavodunda baş verən yanğın nəticəsində ən azı 18 nəfər xəsarət alıb

16/10/2024 - 07:14

Venesuelanın PDVSA şirkətinin Zulia əyalətindəki La Salina neft emalı zavodunda ən azı 18 nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə “El pitazo” məlumat yayıb. “Neft obyektində yanğını söndürməyə çalışarkən azı 18 nəfər yanıq xəsarəti alıb”, - məlumatda deyilir. Nəşrin məlumatına görə, neft emalı zavodunda ildırım vuran 75 min barellik neft çəni yanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ