Yaponların 26%-i sabiq müdafiə nazirinin baş nazir postuna namizədliyini dəstəkləyib

16/09/2024 - 06:41

Yaponiyanın 26%-i keçmiş müdafiə naziri Şiqeru İşibanın baş nazirliyə namizədliyini dəstəkləyir. APA xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” nəşrinin keçirdiyi sorğuda bildirilir. İşiba təqdim olunan bütün namizədlər arasında ən populyarıdır. Eyni zamanda, İqtisadi Təhlükəsizlik Nazirliyinin rəhbəri Sanae Takaiçi 25%, keçmiş baş nazir Juniçiro Koizuminin oğlu, keçmiş ətraf mühit naziri Şinjiro Koizumi isə 15% səs toplayıb. Qalan namizədlər 5-6% və ya daha az səs toplayıblar. İşiba hakim Liberal Demokrat Partiyasının (LDP) sədri vəzifəsini icra edir. Yaponiyada parlament seçkiləri 2025-ci ilin iyulundan gec olmayaraq keçirilməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30