Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

04/06/2024 - 15:29

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Güraka başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir: "Kayseri şəhərində qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus SF-260D tipli hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilotların şəhid olması xəbəri məni çox kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir diləyirik.
Ruhları şad, xatirələri əziz olsun.
Allah rəhmət eləsin".

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Metroda təşviş yaşandı
    27/11/2024 - 18:53
    Cəlilabadda zəlzələ oldu
    27/11/2024 - 17:55