Zelenski Baydenlə görüşmək üçün ABŞ-a səfər edib - MÜHARİBƏ BAŞLAYANDAN İLK DƏFƏ ÖLKƏNİ TƏRK EDİB / Yenilənib

21/12/2022 - 10:27

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfərdə olduğunu təsdiqləyib.

Qafqaz.media xəbər verir ki, bunu dövlət başçısı tviterdə yazıb.

O bildirib ki, Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün Vaşinqtonda səfərdədir.

“ABŞ rəhbərliyi ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, - V.Zelenski vurğulayıb.

*** 08:45

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Vaşinqtona səfər edərək ABŞ lideri Cozef Baydenlə görüşəcək.

Bu barədə “Axios”a istinadənxəbər verir.

Qeyd edilir ki, Ukrayna lideri ABŞ Konqresində çıxış etmək niyyətindədir.

Nəşr yazır ki, səfərlə bağlı məlumat Kapitol polisinin rəhbərliyindəki bir neçə mənbə tərəfindən təsdiqlənib. Hazırda polis təhlükəsizliyi gücləndirmək üçün çalışır.

Ukrayna rəhbərinin amerikalı tərəfdaşlara göstərdikləri köməyə görə təşəkkür edəcəyi, həmçinin Rusiyaya qarşı daha çox müqavimət göstərmək üçün nə üçün daha çox maliyyə vəsaitinin lazım olduğunu izah edəcəyi gözlənilir.

Bundan əlavə, nəşr qeyd edir ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bütün üzvlərdən çərşənbə günü axşam keçiriləcək iclasda iştirak etməyi xahiş edib.

Öz növbəsində CNN bildirib ki, səfər zamanı Vladimir Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında görüş üzərində iş gedir.“Görünür, o, (Zelenski - red) Prezident Baydenə şəxsən müraciət edə biləcək, hazırda Prezident Zelenskinin Prezident Baydenlə təkbətək görüşü üçün Ağ Evə getməsi planlaşdırılır”, - CİNN əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33