Zelenski BMT Təhlükəsizlik Şurasını təcili toplanmağa çağırdı
Ukrayna Rusiyanın bugünkü atəşindən sonra BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə çağırıb.
Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
"Mən Ukraynanın BMT-dəki səfirinə Rusiyanın bugünkü raket hücumlarından sonra BMT Təhlükəsizlik Şurasının dərhal çağırılmasını tələb etməyi tapşırdım. Mülki əhalinin öldürülməsi, mühüm infrastrukturun məhv edilməsi terrorizmdir və Ukrayna bundan sonra da BMT Təhlükəsizlik Şurasından qətiyyətli reaksiya tələb edəcək”, - Zelenski “Twitter”də yazıb.
Rusiya KİV-lərii ölkənin BMT-dəki daimi nümayəndəliyinə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının iclası gecə yarısı başlayacaq.
Доручив Послу 🇺🇦 в ООН звернутися із запитом щодо невідкладного скликання РБ #ООН після сьогоднішніх російських ракетних обстрілів. Убивство цивільного населення, знищення критичної інфраструктури – це тероризм, і Україна й далі вимагатиме від світу рішучої реакції на ці злочини.
— Володимир Зеленський (@ZelenskyyUa) November 23, 2022
Qafqaz.media