İran raketlərinin yarısı havaya qalxa bilməyib və yerə düşüb - ABŞ MEDİASI

15/04/2024 - 11:40

İsrailə hücum zamanı İranın ballistik raketlərinin təxminən 50%-i havaya qalxmayıb və ya hədəflərinə çatmadan yerə düşüb.

Qafqaz.media xəbər verir ki, bu barədə "Fox News" adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.

İranın dövlət televiziya kanalı "Press TV" bir gün əvvəl bəyan etmişdi ki, İran silahlı qüvvələri bazar günü gecə İsrailə hücum zamanı yeddi hipersəs raketi atıb, onların heç biri İsrailin hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirilməyib.

Eyni zamanda, CNN iki amerikalı rəsmiyə istinadən daha əvvəl məlumat vermişdi ki, ABŞ ordusu İranın İsrailə hücumu zamanı 70-dən çox PUA və ən azı üç ballistik raketi ələ keçirib. İsrail hakimiyyəti İranın Suriyadakı konsulluğunun məhv edilməsi üçün cavab əməliyyatında istifadə etdiyi raketlərin və pilotsuz uçuş aparatlarının 99%-dən çoxunu ələ keçirdiklərini bildirib.