116 080 NƏFƏR HƏRBÇİ, 286 TƏYYARƏ, 276 HELİKOPTER... - Rusiyanın Ukraynadakı itkiləri haqda son açıqlama

16/01/2023 - 13:46

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 116 080 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 118 tank, 6 204 zirehli maşın, 2 099 artilleriya sistemi, 438 reaktiv yaylım atəşi sistemi, 220 hava hücumundan müdafiə sistemi, 286 təyyarə, 276 helikopter, 1 872 PUA, 749 qanadlı raket, 17 gəmi/qayıq, 4 870 avtomobil texnikası və avtosistern, 190 xüsusi texnikadan ibarətdir.