3 bacının qardaşı intihar etdi

21/09/2024 - 21:56

Hacıqabul rayonunda 27 yaşlı Sultan Babayev sevdiyi qıza görə keçirdiyi sarsıntıdan həyatına qəsd edib. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında meşəlik ərazidə baş verib. S.Babayev əvvəllər polis nəfəri kimi mühafizə alayında xidmət edib. O, ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz müraciəti əsasında işdən çıxıb. Ölüm faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qeyd edək ki, mərhum 3 bacının bir qardaşı olub.

    Modern.az

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ