47 yaşlı kişi dəm qazından öldü
09/02/2025 - 11:00

Bakıda 47 yaşlı kişi dəm qazından ölüb.
“Qafqazinfo” xəbər verir ki, ötən gün saat 13 radələrində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Babayev Elgün Cərulla oğlu yaşadığı Binəqədi rayonu, H.Ağamalıyev 14 ünvanında yerləşən yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.