"Cəsur oğlanların kitabı" – yeni nəşr

18/02/2025 - 10:45

"Cəsur oğlanların kitabı" – yeni nəşr

"Qanun" nəşriyyatı və "Ali və Nino" mağazalar şəbəkəsinin ortaq layihəsi olan bu kitab artıq oxucuların ixtiyarındadır.

"Cəsur oğlanların kitabı" Azərbaycanın siyasi, mədəni, ədəbi və sənət həyatında inqilabi yeniliklər etmiş görkəmli şəxsiyyətlərdən bəhs edir. Öz sahəsində yeni yol açmış cəsur insanlar – ilk rəssam, ilk vokal ifaçısı, ilk parlament sədri, ilk cazmen, ilk cərrah... Onlar qarşılarına çıxan çətinliklərə baxmayaraq, məqsədlərinə doğru inamla irəlilədilər və adlarını tarixə yazmağı bacardılar.

Bu kitab uşaqları və yeniyetmələri uğur qazanmağa ruhlandırmaqla yanaşı, xalqımızın görkəmli nümayəndələri haqqında qısa, lakin dolğun məlumat təqdim edir.

Kitabın mətn yazarı Günel Natiqdir.

📅 Təqdimat tədbiri: 22 fevral, saat 16:00
📍 Məkan: "Ali və Nino" mağazasının Crescent filialı (4-cü mərtəbə)

 

Fuad BİLƏSUVARLI

Qafqaz.media
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah hava necə olacaq?
16/02/2025 - 21:27
İnstaqramdan yeni funksiya
15/02/2025 - 19:07