AZAL pilotlarının danışıqlarının stenoqramları… - Lastayev

19/02/2025 - 12:18

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin pilotlarının danışıqlarının stenoqramları araşdırmada maraqlı olan bütün tərəflərdə var.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

"Stenoqramlara gəlincə, onlar bütün maraqlı tərəflərin əlindədir. Burada heç bir qeyri-obyektivlik ola bilməz. Bunlar deşifrələmənin aparıldığı Braziliyadan olan mütəxəssislər, bizim, Azərbaycandan, Rusiyadan, ICAO-dan (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) olan mütəxəssislərdir. Bütün tərəflərdə bu stenoqramlar var", - T.Lastayev hadisənin araşdırılması üzrə ilkin hesabata pilotların kabinədəki danışıqlarının daxil edilməməsinin səbəbi ilə bağlı suala cavabında bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah hava necə olacaq?
16/02/2025 - 21:27
İnstaqramdan yeni funksiya
15/02/2025 - 19:07