Füzulidə avtomobil traktorla toqquşub, azyaşlı ölüb
19/02/2025 - 10:45

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA xəbər verir ki, hadisə rayonun Alxanlı kəndində qeydə alınıb. 1997-ci il təvəllüdlü Xəyyam Məmmədovun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə 1997-ci il təvəllüdlü Əmrah Məhərrəmovun idarə etdiyi “Belarus 892” markalı traktor toqquşub. Hadisə nəticəsində “Mercedes Benz”də olan sərnişin 2023-cü il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırılma aparılır.