Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

16/02/2025 - 21:19

Xudat-Qusar yolunun Xaçmaz rayonunun Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, hərəkətdə olan 26 yaşlı Murad Məlikməmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

    Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Sərnişin Gülnar Hüseynova müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Sabah hava necə olacaq?
    16/02/2025 - 21:27
    İnstaqramdan yeni funksiya
    15/02/2025 - 19:07