Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib

15/02/2025 - 19:18

Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.

"Report" xəbər verir ki, yarışın son günündə tay-brek görüşləri baş tutub.

Kişilərin mübarizəsində Rauf Məmmədov Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub.

Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah hava necə olacaq?
16/02/2025 - 21:27
İnstaqramdan yeni funksiya
15/02/2025 - 19:07
“WhatsApp”da yeni FUNKSİYA
15/02/2025 - 16:31