Azərbaycan dünyada internetin sürətinə görə bir pillə irəlilədi

16/02/2025 - 20:07

Azərbaycan dünya internet sürəti reytinqində yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə "Ookla" analitik şirkətinin yanvar ayı üzrə internet sürəti testinin nəticələrində deyilir.

Məlumata görə, Azərbaycan sabit genişzolaqlı internet sürətinə görə reytinqdə bir pillə yüksələrək 66,91 Mbit/s göstərici ilə 90-cı yerdə qərarlaşıb. Bundan əlavə, ölkə mobil internetin sürətinə görə mövqeyini yaxşılaşdıraraq, 70,65 Mbit/s göstərici ilə bir pillə irəliləyərək 54-cü yerə yüksəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah hava necə olacaq?
16/02/2025 - 21:27
İnstaqramdan yeni funksiya
15/02/2025 - 19:07