Qar uçqununa görə Rusiya ilə Gürcüstan arasındakı yol bağlanıb
18/02/2025 - 10:35

Qar uçqunu səbəbi ilə Rusiya və Gürcüstan arasında yeganə işlək avtomobil yolu bağlanıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.
Bildirilib ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepansminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksək olduğundan bütün növ avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.