ABŞ-da yağışlar sel və daşqına yol açıb

23/06/2024 - 13:22

Həftələrlə yağan yağışlar nəticəsində ABŞ-ın Ayova ştatında sel və daşqın olub.APA-nın “Associated-Press” agentliyinə istinadən verdiyi xəbərə görə, Rok çayının daşmasıyla əlaqədar yerli vaxtla saat 2.00-da 4200 sakini olan Rok-Velli qəsəbəsi boşaldılmağa  başlanıb. Sakinlər qayıqlarla təxliyə olunub. Sel və daşqınlarla əlaqədar bir neçə magistral, o cümlədən Su-Fols şəhərindən 29 km cənubdakı ştatlararası magistral da bağlanıb. Bir müddət sonra ştatlararası magistralda nəqliyyatın hərəkəti bərpa olunub. Üç gün ərzində Su-Fols şəhərinə 17,7 sm yağış düşüb.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10