ABŞ Estoniyaya əlavə piyada bölmələri yollayacaq
Estoniya Müdafiə Nazirliyinin rəsmiləri bildiriblər ki, ABŞ NATO-nun şərq cinahında müdafiəni gücləndirmək məqsədi ilə “yaxın həftələrdə” Estoniyaya əlavə piyada bölmələri göndərəcək.
Qafqaz.media-nın məlumatına görə, bu haqda Reuters xəbər verir.
Söhbət, adətən 80-250 əsgərdən ibarət ABŞ piyada rotasının bölməsindən gedir Yerləşdirmə Yüksək Mobil Artilleriya Raket Sistemi (HIMARS), müvafiq avadanlıq, eləcə də idarəetmə və nəzarət sistemləri ilə müşayiət olunacaq.
“Bu qərar ABŞ-ın Estoniya və Baltikyanı ölkələrdə hərbi rotasiya mövcudluğun əhəmiyyətli dərəcədə artmasına işarədir. Həmçinin ABŞ-ın regionumuzun təhlükəsizliyinə çoxdankı sadiqliyini və NATO-nun mövqeyinin əhəmiyyətli dərəcədə gücləndirdiyini nümayiş etdirir”, - Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.
Qafqaz.media