ABŞ kəşfiyyatı Qəzzada xəstəxananı kimin vurduğunu AÇIQLADI

19/10/2023 - 12:11

ABŞ Senatının Kəşfiyyat Komitəsi Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücumla bağlı ABŞ kəşfiyyat məlumatlarını araşdırıb. Nəticədə bunun İsrail ordusu tərəfindən deyil, silahlılar tərəfindən həyata keçirildiyi qənaətinə gəlib. Bu barədə komitə sədrinin müavini Marko Rubionun (Floridadan respublikaçı) saytında dərc olunmuş bəyanatında deyilir.

“Senat Kəşfiyyat Komitəsi Qəzzada Əl-Əhli xəstəxanasına hücumla bağlı kəşfiyyat məlumatlarını nəzərdən keçirib. Bu məlumata əsasən, əminliklə deyə bilərik ki, partlayış İsrailin hava hücumu nəticəsində deyil, terrorçu yaraqlılar tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verib”, - deyə məlumatda bildirilir.