ABŞ məxfi nüvə məlumatlarını AÇIQLADI
ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyinin (NNSA) məlumatına görə, 2023-cü ilin sentyabr ayına olan rəqəmlərə əsasən ölkədə 3748 nüvə başlığı var. Publika.az kommersant.ru-ya istinadla xəbər verir ki, NNSA-nın məlumatına görə, 1994-cü ildən 2023-cü maliyyə ilinədək ABŞ 12 088 nüvə başlığını sıradan çıxarıb. Daha 2000-ə yaxın nüvə başlığı istismardan çıxarılıb və sökülməsini gözləyir. Bildirilir ki, 1991-ci il sentyabrın 30-dan bəri ABŞ-nin qeyri-strateji (taktiki) nüvə silahlarının sayı 90%-dən çox azaldılıb, lakin departament dəqiq rəqəm təqdim etməyib. Qeyd edək ki, Stokholm Sülh Araşdırmaları İnstitutu (SIPRI) ötənilki rəqəmlərinə əsasən Rusiyada 4500 nüvə başlığı var.