ABŞ-nin kommersiya neft ehtiyatları azalıb

31/10/2024 - 09:05

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 515 min barel azalaraq 425 509 min barel təşkil edib. "APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib. Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 1 500 min barel artacağını proqnozlaşdırırdı. Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ