ABŞ-nin Suriyada yerləşən hərbi bazası hücuma məruz qalıb

28/10/2024 - 06:21

ABŞ və Qərb koalisiyasının Suriyanın İraqla sərhəddə yerləşən Əl-Tanf şəhərindəki hərbi bazası (Dəməşqdən 250 km məsafədə) pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. APA xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb. Məlumata görə, ən azı iki kamikadze dronu hərbi obyektə zərbə endirib. Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” hərəkatı öz üzərinə götürüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ