ABŞ Senatı rekord səviyyədə olan müdafiə büdcəsini təsdiqlədi – BÜDCƏDƏ GƏLƏN İL ÜÇÜN TAYVAN VƏ UKRAYNAYA HƏRBİ YARDIMLAR DA YER ALIR…

17/12/2022 - 11:48

ABŞ Senatı 2023-cü il üçün rekord səviyyədə olan 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, bu məbləğ prezident Co Baydenin təklif etdiyindən 45 milyard dollar çoxdur.

Ekspertlərin fikrincə, 2023-cü ilin büdcəsi rekord həddədir.

ABŞ-ın 2023-cü il üçün müdafiə büdcəsi təsdiqləndi » Yenixeber.org - Oxu, xəbərin olsun

Buraya ABŞ ordusunda maaşlarının artırılması, silah alışının maliyyələşdirilməsi, Çinə qarşı çıxan Tayvana və qismən də Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya subsidiyalar da daxildir.

Üstəlik, Ukraynaya daxil olan əsas yardım paketi ABŞ-ın hərbi büdcəsindən kənarda ayrıca mövcuddur.

Hərbi güc: Rusiyanın hərbi gücü ABŞ-la müqayisədə necə görünür? - FOTOLAR

Xatırladaq ki, dekabrın 15-də Avropa İttifaqı da Ukraynaya 2023-cü ildə 18 milyard avro məbləğində yardım göstərilməsi barədə razılığa gəlib.

Qafqaz.media