ABŞ-ın Ukrayna savaşındakı hədəfləri... - DÖVLƏT KATİBİNDƏN AÇIQLAMA

06/12/2022 - 09:02

“Vaşinqton Ukraynaya fevralın 24-dən bəri Rusiyanın ələ keçirdiyi əraziləri geri qaytarmağa kömək etməyə çalışır”.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “The Wall Street Journal”ın Direktorlar Şurasının sammitində deyib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti Ukraynanı qorumaq üçün hazırkı addımlarını davam etdirməyə fikrini cəmləşdirib.

Dövlət katibi qeyd edib ki, ukraynalılar hərbi əməliyyatların hansı istiqamətdə davam edəcəyinə özləri qərar verirlər: “Bu mənada ABŞ və onlarla ölkə Ukraynanı dəstəkləyir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33