AKADEMİK DÖVLƏT MUSİQİLİ TEATRIN 2024- CÜ İL MART AYI ÜÇÜN REPERTUAR PLANI

27/02/2024 - 09:16

Qafqaz.Media xəbər verir ki, Mart ayında Azərbaycan Dövlət Akademik 
Musiqili Teatrı həmişəki ənənəsinə sadiq qalaraq, yenə də bir-birindən maraqlı, rəngarəng tamaşalarını daimi, sadiq tamaşaçılarına təqdim edəcək. Bu haqda saytımıza həmişəki kimi operativ çalışan Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova informasiya ötürüb.
Mətbuat katibinin dediyinə görə, hər yaş kateqoriyasını əhatə edən müxtəlif janrlı səhnə
əsərlərini izləmək istəyənlər Musiqili Teatra təşrif buyura bilərlər.
Bu ay uşaqlar üçün yeni tamaşa ("İki küpəgirən
qarı") tamaşasının da premyerası olacaq. Bundan əlavə, Musiqili Teatrın səhnəsində
Özbəkistanın milli baleti ("Ləzgi: Ruh və sevginin rəqsi")
nümayiş olunacaq.
Gözlər, qəlb, və ruhunuzu dincəltmək, gündəlik məişət
qayğılarından bir anlıq qopmaq istəsəniz, özünüzü
teatrın ağuşuna ata bilərsiniz.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49