Altı gün əvvəl kirayə tutduğu evdə ölü tapıldı

28/10/2024 - 11:32

Xırdalanda gənc oğlan qazdan boğularaq ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Şıxəli Qurbanov küçəsindəki evdə baş verib. 2000-ci il təvəllüdlü Xəyyam Daşdəmirovun meyiti 6 gün əvvəl kirayə tutduğu evdən tapılıb. İlkin araşdırma zamanı onun qazdan boğulması müəyyən edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37