Avtobus dayanacaqlarında məlumatverici nişanlar YOXDUR

16/09/2024 - 10:44

Metrolarda məlumatlandırıcı lövhələr olsa da, dayanacaqda avtobus xətləri, onların inerval müddəti ilə bağlı məlumatverici nişanlar yoxdur. Gələcəkdə avtobus dayanacaqlarında belə lövhələrin quraşdırılıması planlaşdırırlırmı? Modern.az bu sualla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib. AYNA-dan bildirilib ki, sərnişinlərin avtobus marşrutları haqqında məlumat almaları üçün dayanacaq pavilyonlarında marşrut sxemlərini əks etdirən lövhələr hazırda “Koroğlu” və “Gənclik” Nəqliyyat Mübadilə mərkəzlərində quraşdırılıb: "Digər dayanacaqlarda da tətbiq üzərində işlər görülür və yaxın zamanda quraşdırılması təmin olunacaq",- deyə AYNA-dan qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ