Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır

04/04/2024 - 12:49

 

Aprelin 19-da, saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanan "Ümid nəğməsi" adlı tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə  tamaşasının quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımov, quruluşçu rəssam Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Psixoloji dram janrında hazırlanan səhnə əsərində aktyorlar Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məmmədzadə iştirak edirlər.

Psixoloji dram janrında hazırlanan səhnə əsərində aktyorlar Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məmmədzadə iştirak edirlər.
 
Autizm xəstəsi olan oğlanın ailəsi ilə yaranan mürəkkəb münasibətlərinin fonunda bəşəri duyğularla həmahəng səslənən tamaşada insanların bir-birinə dəstək olmasının vacibliyindən, dar məqamda adi təsəlliedici sözün ümid nəğməsinə çevrilməsindən bəhs edir. Bu nəğmənin sədası isə zəlzələ zamanı dağıntılar altında qalan ailənin xilasına çevrilə bilər.

Qeyd edək ki, tamaşa Özbəkistan Respublikasının Daşkənd şəhərində keçiriləcək "Uşaqlar XXI əsrdə" I Beynəlxalq Uşaq Teatrları - İT Festivalı üçün hazırlanıb.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18