Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AÇIQLAMA

03/12/2022 - 14:50

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət etmişdir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
2022-ci il 3 dekabr tarixində saat 11:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşmışlar.
Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur. 
Erməni KİV-ləri isə bu məsələyə başqa don geyindirməyə çalışır, hətta hadisəni Ermənistanla Qarabağ arasındakı "dinc erməni əhali"yə qarşı psixoloji terror kimi qələmə verməyə çalışır. Hər zaman olduğu kimi erməni kimliyi burada da həqiqəti təhrif etməyə və mahiyyətini ortaya qoyaraq "qaşınmayan yerdən qan çıxarmağa" çalışır. Onlar belə bir fikir ortaya atırlar ki, azərbaycanlılar Ermənistan və "Artsax"ı birləşdirən hissədə nəzarət-buraxılış məntəqəsi qurmaq niyyətindədirlər. Dərrakədən məhrum varlıqlar hələ də Azərbaycanın ona beynəlxalq hüquqa əsasən öz ərazisində istənilən fəaliyyəti yerinə yetirə bilmək hüququnun olduğunu anlamaqda çətinlik çəkirlər.

Qafqaz.media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33