Azərbaycan millisi Slovakiya ilə oyunda azlıqda qalıb - YENİLƏNİB-5

14/10/2024 - 21:32

Azərbaycan millisi Bakıda Slovakiyaya qarşı keçirdiyi UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında azlıqda qalıb. "Report"un məlumatına görə, Mahir Emreli 70-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Qeyd edək ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.

21:03

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ikinci hissə başlayıb. "Report"un məlumatına görə, hazırda hesab bərabərdir - 1:1. Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

20:47

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk hissə başa çatıb. "Report"un məlumatına görə, tərəflər fasiləyə qollu heç-heçə ilə yollanıblar - 1:1. Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

20:38

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında növbəti qol vurulub. "Report"un məlumatına görə, millimiz 38-ci dəqiqədə hesabı bərabərləşdirib. Toral Bayramov adını tabloya yazdırıb.

20:16

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21