Azərbaycanda kərə yağı bahalaşıb - VİDEO

12/09/2024 - 06:37

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 milyon dollar və ya 51% çoxdur. Modern.az xəbər verir ki, bəzi kərə yağları 3, bəziləri isə 6 manat bahalaşıb. Bahalaşmanı satıcılar da təsdiqləyirlər. Ekspertlər isə bildirir ki, bu qida məhsulunun bahalaşması dünya bazarlarında da müşahidə olunur. Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ