Azərbaycanda süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq

11/10/2024 - 07:13

Süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra olunacaq. APA-nın xəbərinə görə, bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb. Strategiyaya əsasən, 2024−2027-ci illərdə Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi n Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinet ilə birgə süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, müvafiq sahədə pilot layihələrin müəyyən edilməsini, süni yağış texnologiyası ilə bağlı 1 pilot layihənin icrasını təmin etməlidir. Qeyd olunan qurumlar bu müddət ərzində havadan suyun əldə edilməsi üzrə tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, müvafiq sahədə pilot layihələrin müəyyən edilməsini, havadan suyun əldə edilməsi texnologiyası ilə bağlı 1 pilot layihənin icrasını təmin etməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44