AzTV-nin canlı efirində mübahisə: "Bəlkə çay-kofe də verək?" - VİDEO

28/12/2022 - 10:15

Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişinin canlı efirində mübahisə yaranıb.

Nəqliyyat problemləri və qəzalarla bağlı müzakirə zamanı verilişdə qonaq olan ekspertlər - Elməddin Muradlı ilə Rauf Ağamirzəyev bir-birinin fikrini qəbul etməyiblər. E.Muradlı vətəndaşların piyada keçidlərindən istifadə etməməsinə irad bildirib.

R.Ağamirzəyev isə piyada keçidlərində insanlar üçün yaxşı şərait olmadığını söyləyib. Bununla həmkarı razılaşmayıb.

Daha ətraflı süjetdən izləyin: