BAKI METROSUNDA TƏHLÜKƏ: TÜSTÜLƏNMƏ OLDU - “Nizami” stansiyasına giriş bağlandı + VİDEO( Yenilənib)
Tüstüləmə “Nizami-28 May” tunel yolu mənzilində olub. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, dərhal yüksək gərginlik çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna məlumat verilib. “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanıb. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, tüstüləmənin mənbəyi bilinib və 25 dəqiqədən sonra stansiyada hərəkət bərpa olunub. Onun sözlərinə görə, stansiyada sərnişinlərin hərəkəti üçün təhlükə yoxdur. B.Məmmədov qeyd edib ki, hazırda yaşıl və qırmızı xətlərdə qatarların hərəkətinin intervala uyğun bərpası istiqamətində işlər görülür. “Hadisə ilə bağlı sərnişinlərdən hər hansı müraciət daxil olmayıb”, - o əlavə edib.
***
"Bakı Metropoliteni" QSC-nin "28 may" və “Nizami” stansiyaları arasındakı tunel yolunda tüstülənmə olub. "AzPolitika" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, dərhal yoldan yüksək gərginlik çıxarılıb. İnsidentlə bağlı metroda qatarların hərəkəti təxminən 25 dəqiqə ləngiyib. Hazırda qatarlar qrafik üzrə hərəkət edir.