Bakı sakini Zaqatalada sirkə turşusundan zəhərlənib

11/10/2023 - 21:05

Bakı sakini Zaqatalada zəhərlənib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 1983-cü il təvəllüdlü Bakı şəhəri Suraxanı rayonu sakini Fatimə Sadra qızı Əliyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı 40 yaşlı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. F.Əliyevaya lazımı tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikoloji Mərkəzinə göndərilməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06