Bakı-Sumqayıt qatarları üzrə tariflər artırılır

23/09/2024 - 17:46

25 sentyabr tarixindən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada tariflər artırılıb. "APA-Economics" xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov xidmət sahəsində tətbiq olunacaq yeniliklər və tarif siyasəti ilə bağlı Bakı Dəmiryol Vağzalında media nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.  Qeyd edilib ki, ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq. Vurğulanıb ki, bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ədalət Verdiyev həbs olundu
25/11/2024 - 18:51
GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56