Bakıda binanın 9-cu mərtəbəsindən yıxılan şəxs vəfat edib - YENİLƏNİB
24.03.2024-cü il tarixində saat 16:35 radələrində 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya edilib.
Sabunçu Tibb Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, açıq kəllə-beyin travması diaqnozu ilə yaralı Cərrahi profilli reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, xəsarət alan şəxs 25.03.2024-cü il tarixində saat 01:00 radələrində vəfat edib.
***
04:31
Bakının Nizami rayonunda bədbəxt hadisə nəticəsində yaşlı kişi ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.
Belə ki, 33 A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Aydazadə Rauf Rafiq oğlu eyvandan yıxılıb.
O, ağır xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.