Bakıda bu yollarda sıxlıq var - SİYAHI

10/09/2024 - 08:37

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hal-hazırda yollardakı vəziyyət:

    1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

    5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Xətai prospekti, "Şərq bazarı" istiqamətində sıxlıq müşahidə olunur.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ