Bakıda gənc qız intihar etdi

15/04/2024 - 10:26

Bakıda gənc qız intihar edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 04 radələrində Xətai rayonu M.Hadi küçəsindəki mənzillərdən birində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü A.Alışova yaşadığı Xətai rayonu M.Hadi küçəsindəki evdə çoxsaylı dərman həbləri qəbul edərək özünü zəhərləyib.

O, hadisə yerində vəfat edib.

Hadisənin səbəbi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ