Bakıda moped “KamAz” markalı yük avtomobilinə çırpılıb, ağır xəsarət alan var - FOTO

25/09/2024 - 06:21

Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsindəki tuneldə qeydə alınıb. Belə ki, yüksək surətlə hərəkətdə olan mopedin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini qarşıda hərəkətdə olan “KamAz” markalı yük avtomobilinə çırpıb. Hadisə nəticəsində mopedin sürücüsü ağır xəsarət alıb. O, əraziyə çağırılan təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan moped sürücüsü reanimasiya şöbəsinə aqonal vəziyyətdə yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub. Nəqliyyat vasitələri evakuasiya edilib. Araşdırma aparılır. 

Bakıda moped “KamAz” markalı yük avtomobilinə çırpılıb, ağır xəsarət alan var - FOTO Bakıda moped “KamAz” markalı yük avtomobilinə çırpılıb, ağır xəsarət alan var - FOTO Bakıda moped “KamAz” markalı yük avtomobilinə çırpılıb, ağır xəsarət alan var - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ