Bakıda neçə məktəb təmir olunub?

10/09/2024 - 11:26

“Yeni tədris ilinə maraqlı xəbərlərlə başlayırıq. Bu il tədris ili məktəblər “Yaşıl dünya naminə həmrəylik” mövzusu ilə başlayacaq”. Modern.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova deyib. O bildirib ki, məktəbəhazırlıq qruplarına 26 mindən çox uşaq cəlb olunub: “Məktəbəqədər qruplarda isə 45 mindən çox uşaq təhsil almağa başlayacaq. İnfrastrukturla bağlı 4 məktəb yenidən inşa olunur, 4 məktəbdə əsaslı təmir aparılır , 6 yeni bağça və 1 yeni məktəb fəaliyyətə başlayır. 2024-2025-ci tədris ili ilə bağlı əsas məqsədimiz məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ