Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

01/04/2024 - 14:15

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş, 29 kitab müəllifi, Quranın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. 

Bu barədə Yenisabah.az-a Fazil İsmayılovun qonşuları məlumat veriblər. Onlar bildiriblər ki, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib.

Alimin kitabxanasında 5 mindən artıq kitabının olduğu bildirilir. 

Fazil İsmayılov açıqlamasında haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu “faciə” adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib.

Fazil İsmayılovun kömək üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55